Bu gün hərbçimizin toyudur.
Unikal.org Femida.az-a istinadən xəbər verir ki, silahlı qüvvələrimizin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlkin Muradovun toy mərasimi Neftçala rayonunda baş tutacaq.
Xatırladaq ki, İlkin Muradov 12 noyabr 2014-cü il tarixində ordumuzun səngərlərinə hücum etməyə cəhd edən düşmən helikopterini məhv edən hərbçi kimi məşhurlaşdı. Sosial şəbəkə istifadəçiləri onu "Vur, komandir, vur! kimi adlandırır.
Əldə etdiyimiz məlumata görə, toy mərasimində millət vəkili Aydın Mirzəzadə də iştirak edəcək.