Azərbaycanda dövlət idarələrinə məxsus saytlar müvəqqəti işini dayandırıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.

Mərkəzdən əlavə ediblər ki, yaxın zamanda saytlar işini bərpa edəcək.