Ölkə.Az saytının rəhbərliyi bəyanat yayıb:
Unikal.org-un məlumatına görə, bəyanatda deyilir:
"Referendumqabağı ölkədə qarışıqlıq salmaq istəyən bəzi qaranlıq qüvvələrin internet məkanındakı çirkin təxribatları davam edir.
Belə təxribatlardan biri saytımıza qarşı edilib. Belə ki, [email protected] e-poçt ünvanından göndərilən fotomontaj xəbərlə qaranlıq qüvvələr Azərbaycanda kifayət qədər yaxşı tanınan və bütün məsələlərdə dövlətçilik mövqeyindən çıxış edən saytımızı öz çirkin çəkişmələrinə qarışdırmağa cəhd ediblər. Aşağıdakı fotodan da göründüyü kimi texniki olaraq bəsit üsulla saytımızın dizaynına uyğun bir formatda təxribatçı mətnlərini yerləşdirərək bəzi KİV-lərin elektron ünvanlarına göndəriblər.
Ölkə.Az saytı ölkəmizin informasiya məkanında iki ildən çox fəaliyyəti ilə brendə çevrilmiş bir xəbər portalıdır, belə təxribatların imicimizə heç bir təsir göstərməyəcəyini əvvəlcədən həmin qara niyyətli ünsürlərin diqqətinə çatdırmaq istəyirik.
Bu təxribatla bağlı Ölkə.Az saytı olaraq ölkənin hüquq-mühafizə orqanlarına müraciət edəcək və məsələnin sonunadək bu işin arxasınca qətiyyətlə gedəcəyik".