Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün Kürdəmir şəhərində vətəndaşları qəbul edib.
Unikal.org bildirir ki, Mərkəzdən "Reporta verilən məlumata görə, qəbulda Göyçay, Ucar, Kürdəmir, Ağsu rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
Görüşdə əsasən tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul, həmçinin TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib.
Komissiyanın səlahiyyətlərinə aid olan bəzi məsələlər yerində həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Görüşdə 30-dək vətəndaş iştirak edib.