Bakıda mənzildən 10 min manatlıq qızıl oğurlamaq istəyən şəxs saxlanılıb.

Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Bakı şəhər sakini Bayram Qardaşxanovun evindən 200 manat pul və 10 000 manat dəyərində qızıl əşyaları oğurlamağa cəhd göstərən Sumqayıt şəhər sakini Rəhman Məmmədov tutulub.