Məlum olduğu kimi, banklarda dollar satışının məhdudlaşdırılması "qara bazarın canlanmasına səbəb olub. Ən məşhur qara bazar isə "28 May metrostansiyasının arxasında fəaliyyət göstərir.
Unikal.org xəbər verir ki, bu ərazidə Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq reydlər keçirir. Bu gün də axşam saatlarında "qara bazarda qeyri-qanuni fəaliyyət göstərən dollar alverçilərinə qarşı reyd keçirilib, onlardan ikisi saxlanılıb.
Musavat.com-un əməkdaşı əməliyyat anının şahidi olub.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 10 saylı inzibati ərazi şöbəsinin əməkdaşları "qara bazar" alverçilərindən ikisini saxlayıblar və bölməyə aparıblar.
Heç bir etiraz etmədən rahat şəkildə polis əməkdaşı ilə birgə bölməyə getməyə razılaşan şəxslərdən biri qaçmağa müvəffəq olub. O, cəld tərpənərək, metro keçidinə düşüb.
Təəccüblüsü isə odur ki, polis əməkdaşları da onu təqib etməyiblər və digər iki alverçini bölməyə aparıblar.
Qeyd edək ki, "qara bazarın fəaliyyət göstərməsi qanunla qadağandır.