Amerika fond bazarında Dow Jones indeksi 0,54% - 18 392,46 bəndədək, S&P 500 0,65% - 2 177,18 bəndədək, NASDAQ 0,84% - 5 339,52 bəndədək artıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,12% - 6 911,40 bəndədək, Almaniya DAX-ı 2,28% - 10 674,18 bəndədək, Fransa CAC-40-ı 2,27% - 4 509,82 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 6,40 dollar ucuzlaşaraq 1 338,30 dollara, gümüş isə 0,22 dollar ucuzlaşaraq 19,88 dollara satılıb.