Dünən Bakıda qadının çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Qarayeva Nurlanə Nemət qızı əslində bədbəxt hadisənin qurbanı olmayıb, onun intihar etdiyi üzə çıxıb. Bəlli olub ki, 36 yaşlı qadın həyat yoldaşı və uşaqları evdə olarkən mənzilin eyvanına çıxaraq özünü atıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.