Futzal üzrə DÇ-2016-nın 1/4 final mərhələsində keçiriləcək Azərbaycan - Portuqaliya oyununun hakimləri müəyyənləşib.
Unikal.org xəbər verir ki, görüşü Serxio Kabrera (Kuba) idarə edəcək. Oyunun ikinci hakimi Joze Katemo (Anqola), üçüncü referi Xalid Hniç (Mərakeş) olacaq.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sentyabrın 26-sı Bakı vaxtı ilə 03:00-da başlayacaq.