Yanacaqdoldurma məntəqlərindən razı qalanlar da var, narazı olanlar da. Əksər şikayətlər həmin məntəqələrdəki avadanlıqların düzgün işləməməsi, daha doğrusu sahibkarlar tərəfindən müştərinin ziyanına olaraq düzgün işlədilməməsi ilə bağlı olur.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, məsələyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı münasibət bildirib: "Standartlaşdırma komitəsi dəfələrlə yanacaqdoldurma məntəqələrində istismar olunan avadanlıqların dəqiq işləməsi ilə maraqlanıb. Həm maarifləndirmə işləri həyata keçirilib, həm də görüşlər olub.
Sürücülər isə həm də benzinin keyfiyyətindən narazıdırlar.
Fazil Talıblı isə benzinin keyfiyyəti ilə bağlı bunları söyləyib: "Sumqayıtda yerləşən neft məhsullarının sınağı lobarotoriyasında yoxlama həyata keçirilir, sınanır. Hər şey bütün standartlara uyğun aparılır. Yanacaqdoldurma məntəqəsində istismar olunan ölçmə cihazı ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır. Azərbaycanda yoxlamanı akkreditasiya olunmuş laboratoriyalar həyata keçirir. Hər bir vətəndaşın borcudur ki, həmin laborotoriyalara yaxınlaşıb öz ölçmə cihazlarını yoxlayıb, müvafiq dövlət etalonları ilə tutuşdurub dəqiqliyinə əmin olsun. Komitənin qaynar xətti daima açıqdır. Hər hansı bir şikayətdə əlaqə saxlanıla bilər.