Ağdamda 39 yaşlı kişi döyüldükdən sonra bıçaqlanıb.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Çıraxlı kəndində qeydə alınıb.
Ağdam Mərkəzi rayon Xəstəxanasından APA-ya verilən xəbərə görə İsmayılov Elnur Asif oğlu xəstəxanaya daxil olarkən onun sol üz nahiyəsi və əllərinin üstü kəsilmiş deşilmiş vəziyyətə olub. APA-nın əldə etdiyi xəbərə görə , hadisə qısqanclıq zəminində baş verib. E. İsmayılovu kənd məzarlığına aparan bir qrup şəxs onu döydükdən sonra bıçaqlayıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.