Berlində azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) düşmənlərinə qarşı türk və çeçen mafiya klanları birləşib. 

Unikal.org xəbər verir ki, bu barədə sputnik-ə kriminal aləmə yaxın olan mənbə məlumat verib.
Klanların birləşməsi Rövşən Lənkəranskinin yaxın dostu və Avropa "obşakı"na (xəzinəsinə) nəzarət edən çeçen Həmzət Qastamirovun (Şeyx Həmzət) təşəbbüsü ilə baş verib. Şeyx Həmzət qüvvələrini son illər Almaniyada yaşayan mafioz klanın lideri Bülənt Bafralı və cinayətkar aləmdə nüfuzlu olan Sedat Şahinlə birləşdirib.

Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. Türk və çeçen mafioz klanları 2013-cü il yanvarın 13-də öldürülmüş Aslan Usoyanın (Ded Xasan) klanına qarşı birləşib.