Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamda nəzərdə tutulan islahatlar gələn ilin əvvəlinə kimi icra olunacaq.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib.

O qeyd edib ki, hazırda vergi sahəsində genişmiqyaslı islahatlar aparılır: "Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası vergiödəyicilərə göstərilən xidmətlərin səviyyəsinin daha da artmasını təmin edəcək".

Müşavir əlavə edib ki, bu sərəncam sahibkarlığın inkişafına yönəlib: "Bildiyiniz kimi, bizim "Çağrı mərkəzi"miz var və vergiödəyicilər bu mərkəzə zəng vurub öz problemlərini həll edə bilərlər. Yəni maksimum şərait yaradılıb ki, vergiödəyicilərin sahibkarlıq sahəsində rastlaşdıqları problemlərlə bağlı müraciət etmək olsun, eləcə də onların həlli imkanları olsun".