Azərbaycanın valyuta hərracına kifayət qədər valyuta çıxarılır.

Unikal.org apa-ya istinadən məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, valyuta hərracına çıxarılan vəsait tələbatı iki dəfə üstələyir.
"Bilirsiniz ki, sonuncu hərracda valyutaya tələbat təklifin yarısından da aşağı idi. Bu onu göstərir ki, dövlət tərəfindən valyuta bazarına lazım olan məbləğdə valyuta verilir. Hər hansı kəskin devalvasiya haqqında, məzənnənin kəskin korreksiyası haqqında şayiələrin hamısı əsassızdır, - deyə E.Rüstəmov vurğulayıb.

Bu ilin 6 ayında ölkədə tədiyyə balansında 6 mlrd. manatlıq kəsirin olduğunu deyən E.Rüstəmov qeyd edib ki, bu, bütövlükdə ölkənin valyuta ehtiyatlarına və məzənnəyə də çox ciddi təzyiqlər yaradır: 

"İlin sonuna da tədiyyə balansı ilə bağlı proqnozlarımız mənfidir. Biz buna təsir göstərən amilləri idarə etməyə çalışmalıyıq. Məzənnənin idarə olunması tədiyyə balansında mənfi saldonu yaradan tələblə təklif arasında olan prosesləri idarə eləmək deməkdir. Bu idarəetmədə həm Mərkəzi Bankın, həm də digər qurumların üzərində çox mühüm vəzifə düşür.