Azərbaycan Çin yuanı və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına investisiya etmək planlarını ertələyib.

Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatında baş verən mənfi tendensiya nəzərə alınır, odur ki, Azərbaycan yuana və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına investisiya qoyması münasib vaxt deyil.

AMB sədri əlavə edib ki, bununla əlaqədar dünya iqtisadiyyatının sabitləşdiyini gözləmək lazımdır.