Sentyabrın 26-da "Azneft İB-nin "28 May adına NQÇİ-nin "Günəşli yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın yaydığı birgə məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib: "Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5 yanğınsöndürmə gəmisinə təxliyyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir. Əlavə məlumat veriləcək.