"Umid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətində qəribə hadisə baş verib. Belə ki, sığınacaqda yaşayan bir qıza toy etmək istəsələr də bu toy baş tutmayıb. Yəni gəlin öz toyuna gəlməkdən imtina edib.
Bu hadisə toya gələnlərdə rişxənd və ironiya ilə qarşılanıb. Əvvəlcədən sosial şəbəkə vasitəsilə toyla bağlı təbliğat aparılıb, gənclərə yardm edilməsi üçün qüvvələr səfərbər edilib. Lakin sonda qızın bu addımı atmasının səbəbinə gəlincə, məlum olub ki, qız onun üçün seçilən gəlinlik paltarını və ayaqqabıları bəyənməyib.
Toya tanınmış sənət adamları, o cümlədən əməkdar artistlər də gəliblər. Gəlinə zəng vurub deyiblər ki, ölkənin tanınmış əməkdar artistləri və məşhur müğənniləri toyda onu gözləyirlər.
Gəlin də cavabında: "Mənə maraqlı deyil ki, orada kimlər gözləyir. Mənə maraqlı o idi ki, mənim gəlinliyim qəşəng deyil", - deyib.
Unikal.org ki,cebhe.info-nun əməkdaşı "Umid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinə zəng vurub bəzi məlumatları dəqiqləşdirmək istəsə də, Natiq adlı şəxs məsələdən xəbərsiz olduğunu deyib.