Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsi 36 yaşlı azərbaycanlı qanuni oğruya qarşı sui-qəsddə günahlandırılanlara hökm oxuyub. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, kriminal aləmdə "Alik Rıjıy və "Albert Gəncinski kimi tanınan Əli Heydərovu öldürmək istəyən killerlər - Aleksey Şparuta və Ruslan Koryagin 6,5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisə 2014-cü ilin oktyabrında baş verib. Məlumata görə, Rusiyanın Naberejnıye Çelnı şəhərinin iki sakini - Aleksey Şparuta və Ruslan Koryagin Moskvada adı istintaqa məlum olmayan sifarişçidən "Kalaşnikov avtomatı və iki tapança, onlar üçün sursat və pul alaraq Peterburqa gəliblər.

Onların məqsədi kriminal çevrələrdə "Albert Rıjiy, "Albert Gəncinski və "Ali Arxangelski ləqəbləri ilə tanınan azərbaycanlı "vor zakon Əli Heydərovu öldürmək olub.

Əli Heydərov Rusiyaya 20 il əvvəl gedib. 2000-ci ildə soyğunçuluq, ölümlə təhdid maddələri ilə məsuliyyətə cəlb edilib. O, məşhur avtoritet "Ded Xasanın klanına daxil olub və tezliklə taclandırılıb.
Bəzi ehtimallara görə, "Albert Gəncinskinin qətlinin sifarişçisi Rövşən Lənkəranski olub.