Konstitusiya ediləcək dəyişiklərlə əlaqədar keçirilən referendumda bir sıra dövlət nümayəndələri, nazirlər səs verməyə gəlsə də, vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlə əlaqədar səsvermə məntəqəsinə gedə bilməyib.
Nəticədə 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsindən F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Unikal.org-a bildirilib ki, nazirin səhhəti qaydasındadır.
Məlumatda qeyd edilib ki, nazir Fazil Məmmədov hazırda işdədir.