Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Report-a verilən məlumata görə, rayonun Qabaqtəpə kənd sakini Ərəstun Rəaddin oğlu Zeynalov ağır bıçaq yarası ilə xəstəxanaya gətirilib. O, əməliyyat edilsə də, hazırda vəziyyəti ağır olaraq qalır.
Sərxoş vəziyyətdə olan yaralının kim tərəfindən bıçaqlandığı isə hələlik məlum deyil.
Fakta bağlı araşdırma aparılır.