Şəmkir rayon sakini özünə odlu silahdan atəş açıb.
Unikal.org report-a istinadən məlumatına görə, hadisə rayonun Yeni Həyat
qəsəbəsində baş verib.
Belə ki, həmin qəsəbə sakini, 1975-ci il təvəllüdlü Fəxrəddin Ələddin oğlu Aslanov özünə ov tüfəngindən atəş açaraq xəsarət yetirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Xəstəxanadan F.Aslanovun vəziyyətinin ağır olduğu bildirilib: "Yaralı əməliyyat olunub, vəziyyəti ağırdır. O, sağ qolundan yaralanıb".