Maştağa qəsəbəsi ərazisində yerləşən apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova həbs olunub. O, satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd "Pregabalin kapsulasını satarkən saxlanılıb.
Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd "Tramadol, 3 ədəd "Pregabalin kapsulaları, 20 ədəd "Zapicione həbi, 5 ədəd "Tramadol, 7 ədəd "Tramaklosidol ineksiyaları, psixotrop maddə olan 780 ədəd "Fenadiazepin, 2075 ədəd "Haloperidol, 150 ədəd "Depakine chrono, 60 ədəd "Respilon həbləri, 30 ədəd "Haloperidol, 24 ədəd "Haloperidol-decanoate, 70 ədəd "Amitriptylline hydrochlorido və 19 ədəd "Moditen depo ineksiyaları aşkar edilərək götürülüb.