"2016-cı ilin ötən 8 ayı ərzində isə burada 1 milyard 524,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib".
Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin mətbuat xidmətindən məlumat daxil olub.
"Şimal Elektrik Stansiyasında cari ilin avqust ayında 142,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal olunub.
Hazırda stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.
"Şimal ES-in daha da dayanıqlı işini təmin etmək məqsədilə zəruri ehtiyat hissələri alınmış, soyutma sistemində yaranan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülüb.
Hazırda mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.