İqtisadçı alim Vüqar Bayramov bu gün NATO-nun mənzil qərargahında çıxış etmək üçün Brüssel şəhərinə yola düşüb.

Unikal.org xəbər verir ki, iqtisadçı ekspert regionda təhlükəsizlik, xüsusən də enerji təhlükəsizliyi və enerji kəmərlərin qorunması və münaqişələrin iqtisadi təsirləri ilə bağlı çıxış edəcək.

V.Bayramovun NATO qərargahında gözlənilən çıxışının əsas nüansları 2008-ci ildə Bakı-Tiflis-Qars kəmərinin fəaliyyətinə, eləcə də reallaşmaqda olan Cənub Qaz Dəhlizinə olan biləcək potensial texniki çətinliklər, regional münaqişələr, Azərbaycanın mövqeyi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq.

İqtisadçı regional güclər, o cümlədən Avropa Birliyi, Rusiya, ABŞ-ın mövqeyinə də yer ayıracağını qeyd edib.

Onun sözlərinə görə, enerji kəmərlərinin təhklükəsizliyi artıq NATO-nun rəsmi siyasətinə daxil edilib:
"İnanmaq istərdim ki, səfirlər, NATO rəsmiləri, eləcə də fərqli ölkələrin nümayəndələrinin iştirakı ilə Alyansın mənzil qərargahında təşkil edilən çıxışım regional məsələlərə daha aydın yanaşmaq imkanı da verəcək.