Direktorlar Şurasının bu gün qəbul edilmiş fövqəladə qərarı ilə "Bank Standartın lisenziyası 1 oktyabr tarixində ləğv edilib.
Unikal.org Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. O, bu qərarı belə əsaslandırıb:
"Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçılıq təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib.
Şura sədr bankda qorunan əmanətlər haqda da danışıb:
"Banka müvəqqəti inzibatçı təyin edilib. "Bank Standart Əmanətlərin Sığortalançası Fondunun üzvüdür. Bankda qorunan əmanətlərin böyük əksəriyyəti xarici valyutadadır. Qorunan əmanətlər əhaliyə tez zamanda ödəniləcək. Əmanətçilər bu barədə narahat olmasınlar. Ən geci iki həftə ərzində qorunan əmanətləri kompensasiya edə bilirik.