Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

1. "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Prezidentinin aktlarının, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat versin, fərmandan irəli gələn digər məsələləri həll etsin.

Sənədə əsasən Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Maliyyə Nazirliyi isə fərmanın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.