"Bank Standard"ın bağlanması, "Standard Sığorta" şirkətinin bağlanmasına səbəb olmayacaq.
Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını geri çağırıb. 30 sentyabr 2016-cı il tarixli qərara əsasən, "Bank Standard" kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.