Direktorlar Şurasının bu gün qəbul edilmiş fövqəladə qərarı ilə "Bank Standartın lisenziyası 1 oktyabr tarixində ləğv edilib.


Unikal.org xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev məsələyə belə bunasibət bildirib:

"Nəhayət ki ölü banka süni nəfəs verməyin mənasızlığını qəbul edib Bank Standardı bağladılar. Bu bankı son illər bağlanan ən böyük bank saymaq olar. Depozitlərin həcminə görə ikinci ən böyük bank olub, vaxtilə ilk beşliyə düşüb. Əlbəttə 460 milyon manat vəsaitin qaytarılması valyuta bazarına təsirsiz ötüşməyəcək. Həmin vəsaitlər hər bir halda dollara çevrilərək ya banklara və yastıq altına yönələcək. Bu da dollara tələbatı artıracaq. Söhbət təxminən 280 milyon dollardan gedir.
Bank Standard bağlanacaq sonuncu bank deyil. Bu bankı devalvasiyasadan sonra bağlanan 13-cü bank da saymaq olar. Ümumiyyətlə götürdükdə banklarımızın 29%-i devalvasiyanın "qurbanı" olub. Proses davam edəcək. Hazırda bazarda 32 bank qalıb. Onların sayının 30-dan aşağı düşməsi gözlənilir. Həmin rəqəmin 25-də yoxsa 20-də dayanacağını zaman göstərəcək. Hər bir halda bəzi banklar Palatadan "qara kağız" almalı olacaqlar."