Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin muzakirəsinə həsr olunmuş hesabat iclası kecirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri acıqlanıb, qaliblər mükafatlandırılıblar.
Hesabat iclasında Suraxanı Rayon İcra Hakimiyyətinin başcısı İlqar Abbasov, Fondun icracı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işcisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Ağacan Abıyev, Sevinc Fətəliyeva, rayonun idarə, müəssisə və təşkilatlarının, habelə 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbir iştirakcıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar. Umummilli liderin adını daşıyan parkda təşkil olunmuş ağacəkmə kampaniyasında iştirak edən tədbir iştirakcıları daha sonra rayon icra hakimiyyətinin rəsm qalereyasında ötən ilin iqtisadi gostəricilərini əks etdirən stendlərə baxıb, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olublar.
Hesabat iclasında geniş məruzə ilə cıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti 2015-ci ildə respublikamızın bütün bölgələrinin, o cümlədən Suraxanı rayonunun iqtisadi, sosial və mədəni sahələrdə dinamik inkişafını təmin edib. Ötən il ölkə başçısının rayona 5 dəfə səfər etdiyini bildirən icra hakimiyyətinin başçısı bu yüksək diqqət və qayğının nəticəsi kimi rayonda abadlıq-quruculuq və yenidənqurma işlərinin geniş vüsət aldığını, vətəndaşları qayğılandıran problemlərin həlli istiqamətində əsaslı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
İlqar Abbasov mərüzəsində "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafının dəstəklənməsi nəticəsində yeni açılan müəssisələr, habelə sosial, iqtisadi, mədəni sahələrdə əldə olunan uğurlar barədə də ətraflı məlumat verib.
Hesabat iclasında ölkə başcısının 2015-ci ildə Suraxanı rayonuna səfərlərindən, yeni acılmış müəssisə və obyektlərin fəaliyyətindən, habelə həyata kecirilmiş infrastruktur layihələrindən bəhs edən film nümayiş olunub.
Sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb. Çıxış edən Milli Məclisin deputatları - Ağacan Abıyev, Sevinc Fətəliyeva, habelə ayrı-ayrı idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 2015-ci ildə əldə olunmuş nailiyyətlərdən və bu il qarşıda duran vəzifələrdən söz açıblar. Suraxanı RİH-in Operativ İdarəetmə Mərkəzinin imkanlarından istifadə edilərək internet vasitəsilə rayonun icra nümayəndəlikləri ilə real vaxt rejimində videobağlantı yaradılıb və sakinləri maraqlandıran suallar cavablandırılıb. Suraxanı RİH-in başçısı rayon sakinlərini qayğılandıran problemlərin həlli ilə bağlı xidmət təşkilatlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Hesabat iclasında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işcisi Tağı Tağıyev ötən il bütün dünyada qlobal böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları konkret statistik gostəricilər əsasında diqqətə çatdırıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin başcısı İlqar Abbasov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. Fərdi jurnalist yazıları musabiqələrinin əhəmiyyətini xüsusilə qeyd edən rayon icra hakimiyyətinin başcısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icracı direktoru Vüqar Səfərliyə verib.
İcracı direktor tədbir iştirakcılarını salamlayaraq 2015-ci ilin ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olduğunu bildirib və bu baxımdan tarixdə ilk dəfə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının əhəmiyyətini xüsusilə qeyd edib. Vüqar Səfərli Avropa Oyunlarının məşəlinin Suraxanı rayonunda yerləşən Atəşgah məbədində alovlandırılmasını hər bir rayon sakini üçün qürur doğuran hadisə kimi qiymətləndirib. Ölkə başcısının xüsusi diqqət və qayğısı nəticəsində rayonun hərtərəfli inkişaf və müasirləşmə yolunda olduğunu deyən icracı direktor hesabat iclasında səslənən fikirlərdə, habelə nümayiş olunan filmdə bunun bir daha real təsdiqini tapdığını bildirib. İcraçı direktor qazanılmış mühüm nailiyyətlərə görə rayon rəhbərliyini və ictimaiyyətini təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.
2015-ci ilin Azərbaycan jurnalistikası üçün də əlamətdar il olduğunu vurğulayan Vüqar Səfərli ölkə başcısının sərəncamları ilə milli mətbuatın yaranmasının 140 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu, 180 nəfər jurnalistin fəxri ad, orden və medallarla təltif edildiyini diqqətə çatdırıb. İcraçı direktor ölkə rəhbərliyinin diqqət və qayğısı ilə ötən il Fondun kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətlərində həyata keçirdiyi layihələr barədə də məlumat verib.
Vüqar Səfərli müasir dövrdə informasiyanın hər bir insanın həyatında və ümumən cəmiyyətdə oynadığı mühüm rolu xususi diqqətə cəkərək ölkə jurnalistlərini peşə fəaliyyətlərində məsuliyyətli və diqqətli olmağa, yoxlanılmamış, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdan çəkinməyə çağırıb. İcraçı direktor bildirib ki, dünya iqtisadiyyatına mənfi təsir göstərən və Azərbaycandan da yan keçməyən qlobal böhran şəraitində KİV-in qarşısında ictimaiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu antibohran tədbirlərinin mahiyyətini insanlara dolğun şəkildə izah etmək kimi vacib vəzifələr dayanır.
Çıxışını davam etdirən Vüqar Səfərli Fondun ötən il kütləvi informasiya vasitələri ilə yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, habelə fərdi jurnalist yazıları müsabiqələri barədə də ətraflı məlumat verib. İcraçı direktor ötən il Fondun təkbaşına və digər qurumlarla birgə keçirdiyi 11 müsabiqədə 700-dən çox jurnalistin iştirak etdiyini, 450 nəfərə yaxın jurnalistin qalib olduğunu diqqətə çatdırıb.
Vüqar Səfərli Fondun Suraxanı Rayon İcra Hakimiyyəti ilə 2015-ci il noyabrın 24-dən 2016-cı il yanvarın 15-dək keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 31 kütləvi informasiya vasitəsindən 54 yazının daxil olduğunu, yazıların 6 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Vüqar Səfərli müsabiqənin şərtlərinə gorə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünu, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.
Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna gorə Suraxanı rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək bu ənənənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
İclasa yekun vuran Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öz növbəsində jurnalistlərlə səmərəli əməkdaşlığa və birgə müsabiqələrin təşkilinə gorə Fondun rəhbərliyinə təşəkkürünü bildirib.
Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin muzakirəsinə həsr olunmuş hesabat iclası kecirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kutləvi İnformasiya Vasitələrinin İnkişafına Dovlət Dəstəyi Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" movzusunda fərdi jurnalist yazıları musabiqəsinin nəticələri acıqlanıb, qaliblər mükafatlandırılıblar.
Hesabat iclasında Suraxanı Rayon İcra Hakimiyyətinin başcısı İlqar Abbasov, Fondun icracı direktoru Vuqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işcisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Ağacan Abıyev, Sevinc Fətəliyeva, rayonun idarə, muəssisə və təşkilatlarının, habelə 30-dək aparıcı kutləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.