«Azersun Holding» bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib.
Unikal.org Novosti.az saytına istinadən xəbər verir ki, bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib.
Hal-hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.
"Azərsunun demək olar ki bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb.
Dəyəri artan əsas ərzaq məhsullarının siyahısını təqdim edirik:
- duz;
- un;
- kərə yağı;
- düyü;
- şəkər;
- qənd;
- süd məhsulları.