"Azərişıq" ASC-nin "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsində yenidənqurma işləri aparılıb.
"Azərişıq" ASC-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, ötən bir il ərzində müəssisənin struktur tərkibinə daxil olan elektrik şəbəkələrinin xidməti ərazilərində bütün 110/35/10 kV-luq, 35/10 kV-luq və 10/0,4 kV-luq YS-da, 110-35-10-0,4 kV-luq hava elektrik veriliş xətlərində planlaşdırılmış istehsalat təmir işləri aparılıb.
Beyləqan Elektrik Şəbəkəsində "Azərişıq" ASC-nin 12.08.2015-ci il tarixli, İ-15/0168 saylı sərəncamına uyğun olaraq 110/35/10 kV-luq "Xalac" YS-dan çıxan, 35 kV-luq "Dünyamalılar" va "Əlinəzərli" YS-nı qidalandıran, uzunluğu 11 km olan 35 kV-luq "Əlinəzərli" hava xəttinin istismara yararsız olduğu üçün istehlakçıların enerji təchizatında çətinliklər yaratdığına görə 35 kV-luq "Sarı su" və "Əlinəzərli" hava xətlərinin öz aralarında əlaqələndirilməsi üçün 3 km məsafədə yeni 35 kV-luq xətt çəkilib.
1961-ci ildə ağac dayaqlarla çəkilmiş, uzun müddət istismarda olduğundan yararsız vəziyyətə düşmüş 35 kV-luq "Dostluq" hava xəttinin meşə zolağından keçən 1,9 km hissəsi sxemdən çıxarılıb, 35 kV-luq ikidövrəli "Xocavənd" hava xəttinə birləşdirilməsi üçün 0,25 km məsafədə yeni 35 kV-luq xətt çəkilərək 35/10 kV-luq "Dostluq" YS-nın etibarlı elektrik enerjisi təchizatı təmin edilib.
Bundan başqa, Sabirabad Elektrik Şəbəkəsinin 35 kV-luq "Kürdüstan" hava elektrik veriliş xətti 6,5 km olmaqla tam yenidən qurulub. 110/35/10 kV-luq "Axtaçı" YS ilə yenidən qurulmuş 35/6 kV-luq "Axtaçı-Qaratuğay" yarımstansiyasının əlaqələndirilməsi üçün 0,65 km məsafədə yeni ikidövrəli 35 kV-luq xətt çəkilib. 35 kV-luq "757 saylı" hava xəttinin 4,4 km hissəsi, 35 kV-luq "758 saylı" hava xəttinin 2.8 km yararsız hissəsi yenidən qurulub.
Həmçinin, Ağcabədi Elektrik Şəbəkəsində 110/35/10 kV-luq "Ağcabədi" YS-dan çıxan 35/10 kV-luq "Qış Yatağı" YS-nı qidalandıran, uzun müddət istismarda olan 35 kV-luq "Qış Yatağı" hava elektrik veriliş xətti yenidən qurulub, 21,5 km məsafədə yeni 35 kV-luq hava elektrik veriliş xətti çəkilib.
İmişli-Saatlı avtomobil yolunun kənarında 7,5 km, Bəhrəmtəpə-Beyləqan yolunun kənarında 4.0 km, Kürdəmir-Ağsu yolunun kənarında 8,0 km, Bakı-Kürdəmir yolunun kənarında 3,0 km, Mollakənd–Zərdab yolunun kənarında 6,3 km, Ağcabədi-Bərdə yolunun kənarında 5,8 km, Ağcabədi-Hindarx-Ağdam yolunun kənarında 6,5 km, Füzuli rayonu Araz-Dilağarda kəndi ərazisində 2,5 km, Beyləqan rayonu Magistral yolunun kənarında 3,0 km, Bəhrəmtəpə–Horadiz yolunun kənarında 2,0 km məsafədə, ümumilikdə 48,6 km məsafədə yeni 10 kV-luq xətt tikilərək istismara verilib.
İstehlakçıların enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə "Aran" RETSİ tərəfindən İmişli EŞ–də 45 ədəd, Saatlı EŞ-də 20 ədəd, Zərdab EŞ–də 11 ədəd, Sabirabad EŞ-də 20 ədəd, Beyləqan EŞ-də 15 ədəd, Kürdəmir EŞ-də 14 ədəd, Ağcabədi EŞ-də 28 ədəd, Füzuli EŞ–də 12 ədəd, Ağdam EŞ–də 19 ədəd, ümumilikdə 184 ədəd yeni KTM-lər quraşdırılıb.
KTM-lər abonentlərin artan tələbatını nəzərə alaraq ən çox olan yerlərdə qoyulub. 63 ədədi artıq şəbəkəyə qoşulub, diğər KTM–lərin şəbəkəyə qoşulması istiqamətində işlər aparılır.
Tabeçilikdə olan elektrik şəbəkələrinin xidməti ərazilərində uzun müddət istismarda olan, həyətyanı sahələrdən keçən, ağac dayaqlarla çəkilmiş 0,4 kV-luq elektrik xətləri yenidən qurulub. 244,7 km məsafədə SİP (ÖİN) markalı kabel çəkilib, 8983 ədəd yeni dayaq, 12500 ədəd elektrik sayğacı quraşdırılıb.
Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq "Horadiz" YS-da artıq yüklənən 2 saylı 4,0 MVA transformator 10 MVA transformatorla əvəz edilib.
İmişli Elektrik Şəbəkəsinin 35 kV-luq "Muğan SES-Bəhrəmtəpə" hava xəttində, 35 kV–luq "Qaralar" hava xəttinin Çahar budaqlanmasında, Beyləqan Elektrik Şəbəkəsinin 35 kV–luq "Xalac", Ağcabədi Elektrik Şəbəkəsinin 35 kV-luq "Hindarx" hava elektrik veriliş xəttində yararsız dayaqlar və qüsurlu izolyatorlar yenisi ilə əvəz edilib. İstehlakçıların qış rejimində normal elektrik təchizatı üçün 10-6-0,4 kV-luq hava elektrik veriliş xətlərində yararsız dayaqlar və qüsurlu izolyatorlar yenisi ilə əvəz edilmiş, əyilmiş dayaqlar düzəldilmiş, qabarit aşağı olan yerlərdə dartılaraq normalar həddinə çatdırılıb, mal - material ehtiyatı yaradılıb.
Sabirabad Elektrik Şəbəkəsində uzun müddət istismarda olan 35/6 kV-luq "Axtaçı- Qaratuğay" yarımstansiyası müasir standartlara cavab verən avadanlıqlarla tam komplektləşdirilərək yenidən qurulub, artan tələbat və gələcək perspektiv nəzərə alınaraq 2x3,2 MVA gücündə transformatorlar yeni 2x6,3 MVA transformatorlarla əvəz edilib.
Sabirabad Elektrik Şəbəkəsi işçilərinin normal iş şəraitinin təmin edilməsi məqsədi ilə şəhər mərkəzində ofis binası inşa edilib.
Qeyd edək ki, hazırda bütün regionlar üzrə yenidənqurma işləri davam edir.