"Orta və kiçik sahibkarlara vergi güzəşti gözlənilmir".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini İlkin Vəliyev deyib. O həmçinin ƏDV-nin differensiallaşdırılması ilə bağlı verilən sərəncamdan da danışıb. Qeyd edib ki, sərəncamda differensiallaşma ilə bağlı tədbirlər var və bununla bağlı müzakirələr aparılır: "Ancaq gündəlik təlabat məhsullarında ƏDV-nin azaldılması nəzərdə tutulmur".
Nazir müavini büdcə göstəricilərinə də münasibət bildirib. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində nazirlik tərəfindən proqnozlar tam yerinə yetirilib:"Təbii ki burada böyük əksəriyyət qeyri- neft sektorundan daxil olan daxilolmaların üzərinə düşür. Qeyri-neft sektoru üzrə plandan artıq 64 milyon manat vəsait toplanılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 365 milyon manat çoxdur. Ümumilikdə qeyri neft sektoru üzrə 3 milyard 843 milyon manat vəsait toplanılıb. Ümumilikdə isə bütün sektor üzrə 4 milyard 926 milyon vəsait yığılıb".