İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda daxili bazarın qorunması üçün indiki vəziyyətdə çıxış yolunu rüsmların artırılmasında görür.

O, Unikal.org-a açıqlamasında 2017-ci ilin dövlət büdcəsindən danışıb.

Komitə sədri vurğulayıb ki, indiki vəziyyətdən çıxış üçün Azərbaycanda iqtisadi islahatlar aparılır:
"Neftin dünya bazarında qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq büdcə gəlirlərinin formalaşmasında müəyyən çətinliklər yaranmışdı. Ona görə də Azərbaycanın dövlət büdcəsi gəlirlərinin artım sürəti zəifləmiş, bir sıra investisiya xərcləri gələn ilin investisiya layihələrinə salınmamışdır. Bu layihələrin növbbəti illərə keçirilməsi məqsədəuyğun bilindi. Bu səbəbdən büdcə gəlirlərinin azalması nəzərə alınaraq xərclərin dinamikasında azalma baş verəcək.

Lakin onu da yaddan çıxarmamalıyıq ki, bu azalma tempinin qarşısının alınması üçün dövlət başçısı kifayət qədər konkret tədbirlər həyata keçirir. İqtisadiyyatın şaxələndirilməsi, aqrar sektora dəstəyin göstərilməsi, tədiyə balansının yaxşılaşdırılması üçün xarici iqtisadi əlaqlərdə tarazlığın yaxşılaşdırılması və digərləri vacib məsələlər kimi icra olunur.

Mən eyni zamanda onu bildirmək istəyirəm ki, vaxtilə Azərbaycan dövlət büdcəsinin gəlirləri 1 milyard olub. Bu məbləğ bizim hazırki iqtisadi potensialımızdan qat-qat zəif idi. Lakin son 15 ildə azərbaycanda istifadəyə verilən müəssisələr, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər öz bəhrəsini verəcəkdir. Biz açıq görürük ki, Azərbaycan iqtisadiyyatı 15 il əvvəlki kimi deyil. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi bizdən aslı olmayan məsələdir. Biz gələcəyə optimis baxmalıyıq. İqtisadi potensialımızı güclənməsi müqayisə edilməz dərəcədə artıb. Gəlirlərimizi elə formalaşdırırıq ki, Azərbaycan bundan xeyr götürsün. Artıq Azərbaycanda istifadəyə veriləcək müəssisələr iqtisadi mexanimzləri təkmilləşdirir. Bütün bunlar dövlət büdcəsinin gələcəkdə daha da artmasına imkan yaradacaqdır.

Komitə sədri daxili bazarın qorunması məsələsinə də toxunub: Bu sivil dünyaya, sivil ölkələrə xas olan prosesdir. Hətta dünyanın ən inkişaf etmiş ölkələri özlərinin daxili bazarlarını qoruyurlar. Bunun hansı prinsiplərlə həyata keçəcəyinə gəlincə, bu rüsumların artması ilə baş tutur. Ona görə də Azərbaycanda daxili bazarın qorunmasına xidmət edən mexanizmlərin işə salınması obyekt zərurətdir. Vətəndaşlar bundan qanunlar çərçivəsində istifaə etməlidir.