Bu ilin yanvar-avqust aylarında "Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları dövlət xətti ilə 1,1 mln. manat ipoteka krediti verib.
Unikal.org Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 dəfə azdır.
Son 1 ildə ipoteka kreditlərinin orta məbləği 0,45% və yaxud 183 manat artaraq 40 883 manat, kreditlərin orta müddəti sabit qalaraq 280 ay (23 il 4 ay), kreditin orta illik faiz dərəcəsi 0,02 faiz bəndi azalaraq 6,7%, kreditlərə görə aylıq ödənişin məbləği isə 0,54% və yaxud 1,6 manat azalaraq 295,9 manat olub