1999-cu ildə yeni ilə yaxın bir gecə, bayram qeyd etmələrinə qatılmış dörd gənc qız, əyləndikləri bardan gec saatda çıxırlar. Qızların dördü də sərxoş olublar.
Unikal.org xəbər verir ki, qızlar sərxoşluğun təsiriylə alt paltarlarını çıxararaq bu məftil hörgüsünün üzərinə asıb gediblər.
Növbəti günlər maraqlı hadisə baş verir və başqa qadınlar da küləkdə yellənən alt paltarlarını görərək gedib, öz alt paltarlarını məftillərdən asırlar. 2000-ci ilin fevral ayında alt paltarlarının sayı 60-a çatır.
İndilərdə o məftil hörgüsünün üzərində minlərlə alt paltarı var. Bu demək olar ki, bir ənənə halına gəlmiş vəziyyətdir.
Turistlərin olduqca marağını çəkən alt paltarı cənnətini hər kəsin sevdiyini əlbəttə söyləmək çətindir. Kimiləri buranı çirkin və utancverici məkan deyə adlandırarkən, bəziləri də yoldan keçən sürücülərin diqqətini dağıtdığı səbəbiylə təhlükəli sayır.
Digər tərəfdən, bir ara kömək təşkilatları üçün pul toplanmasına belə vəsilə olmuş bu məkan, dəfələrlə sökdürülməyə çalışılsa da alt paltarı imperatorluğu böyüməyə davam edir.