Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Yeni Günəşlidə "Mercedes" markalı, 99 HF 163 dövlət qeydiyyat nişanlı minik avtomobili 75 yaşlı kişini vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində vəfat edib.


Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.