Almaniya millisinin baş məşqçisi Yoahim Löv gələcəkdə yerli klublarda işləmək fikrində deyil.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bunu bəzi klubların məşqçilərə qarşı münasibəti ilə əlaqələndirib.

"Bəli, bu həqiqətdir. Mən Bundesliqada işləməyəcəm. Bəzi məşqçi dəyişiklikləri xoşuma gəlmir. Başa düşürəm ki, rəhbərliyin nəzərində bu addım ağılabatan görünür. Amma əsas məsələ bu prosesin ədalətli və dürst baş verməsidir. Lakin məşqçi həftələrlə üzərində təzyiq hiss edərək çətin vəziyyətə düşür".