"Tottenhem"in sabiq futbolçusu Radvan Hamed klubla 10 il davam edən məhkəmə prosesində qalib gəlib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, londonlular ona 7 milyon funt təzminat ödəyəcək. Məhkəmə "Tottenhem"in müəyyən olunmuş qaydaları pozması nəticəsində Hamedin sağlamlığına ciddi ziyan dəyməsini təsdiqləyib.
2006-cı ildə həmin vaxt 17 yaşı olan futbolçu "Tottenhem"ə transfer edilmişdi. Tibbi müayinə zamanı onun ürəyində problem aşkar olunsa da, klubun kardioloqları ona oynamaq icazəsi vermişdi. Elə ilk matçında Hamed huşunu itirmiş və ürəyi müvəqqəti dayanmışdı. Bunu nəticəsində onun beyni ciddi zədələnmişdi. Futbolçunun atası Raymon Hamed bunda Mills soyadlı həkimi ittiham edirdi. Məhkəmə 70 % günahın klub, 30% isə həmin həkimdə olduğunu müəyyənləşdirdi.