Ötən həftə (3-7 oktyabr) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 51,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,5 dollar/barel çoxdur.
Unikal.org trend-ə istinadən məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 52,69, minimum isə 50,34 dollar/barel təşkil edib.
3-7 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 47,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 4,03 dollar/barel çoxdur.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 48,43, minimum isə 46,04 dollar/barel olub.
3-7 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 49,5 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,86 dollar/barel çoxdur.
Ötən həftə "Brent"in maksimum qiyməti 50,3 dollar, minimum isə 48,17 dollar/barel olub.