İqdırdan İstanbula səfər etmək üçün bilet alan şəxs, təyyarəyə gecikdiyi üçün qeyri-adi yola əl atıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, İğdır Havalımanından bu gün saat 10.15 radələrində  TK 2719 saylı təyyarəsi, havaya qalxdıqdan sonra bir adam telefonla polisə 'İstanbul təyyarəsində bomba var' xəbəri edib.

Bundan sonra təyyarə, təkrar İğdır Havalımanına qaytarılıb. 2.5 saat təyyarədə yoxlanış aparılıb və məlumatın yalan olduğu məlum olub. Polis yalan xəbər verən adamı tutub. Tutulan Tamer B. adlı şəxs təyyarəyə qdırdan İstanbula səfər etmək üçün bilet aldığını və lakin hava limanına gecikdiyindən əsəbləşərək belə bir addım atdığını etiraf edib.