Azərbaycan millisi tarixində ilk dəfə ardıcıl iki seçmə oyununda qələbə qazanıb. 

Unikal.org apasport.az saytına istinadən məlumatına görə, seçmə mərhələlərdə 1994-cü ildə debüt edən komandamız 22 illik çıxışları ərzində ilk dəfə qələbə seriyasına imza atıb.
 
Komandamız DÇ-2018-in seçmə mərhələsində San-Marinonun ardından Norveçi də 1:0 hesabı ilə məğlub edib. Bu, yığma tarixində görünməmiş və ilk dəfə gerçəkləşən qələbə seriyasıdı.
 
Cəmi 2 matçdan ibarət belə seriyayadək 10 dəfə meydanı qalib kimi tərk edən komandamız heç vaxt uğurun ardını gətirə bilməmişdi.
 
Seçmə mərhələlərdəki 11-ci qələbəsini səfərdə əldə edən futbolçularımız 12-ci uğurunu Bakı Olimpiya Stadionunda qazandı.