Unikal.org xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində yığmamıza 0:1 hesabı ilə məğlub olan Norveç millisinin müdafiəçisi Stefano Strandberqin apasport.az saytına müsahibəsi.
- Oyunla bağlı fikrini almaq istərdik-¦
- Çətin, eyni zamanda bizim üçün gözlənilməz nəticə qeydə alındı. Azərbaycan millisinin 90 dəqiqə ərzində 1 qol şansı oldu, ondan da maksimum istifadə etdilər. Biz heç də zəif komanda deyilik. Sadəcə, rəqibdən fərqli biz yaratdığımız epizodları düzgün dəyərləndirə bilmədik. Futboldu, belə vəziyyətlər qaçılmazdı.
- Deməli, Azərbaycanın bu cür oynayacağını gözləmirdiniz?
- 90 dəqiqə ərzində üstün tərəf idik, çoxsaylı epizodlar yaradan komanda idik. Ancaq hər zaman ən yaxşılar qələbə qazanmır. Bu gün də elə alındı. Yaxşı olmağımıza baxmayaraq, bəxtimiz də gətirmədi. Qələbə gözləyirdik, amma burdan xalsız ayrılırıq.
- Oyundan əvvəl komanda yoldaşlarınız, eləcə də məşqçilər korpusu çox iddialı açıqlamalar vermişdi. Hətta yığmamızı rəqib yerinə qoymurdunuz-¦
- Belə bir şey olmayıb. Nə mən, nə də komanda yoldaşlarımız rəqib haqda hörmətsiz fikirlər söyləməmişik. Ola bilsin, bunu Norveç mətbuatı belə yazıb. Yəni deyilənlər onların fikri ola bilər.
- Bu hesabdan sonra Norveçdə nələr düşünürlər milli komanda haqda?
- Əlbəttə, azarkeşlərimiz çox məyusdurlar, üzülürlər. Bunu heç kim gözləmirdi. Əksinə, onlar millinin dünya çempionatının final mərhələsinə qatılacağına inanır. Biz də onların ümidini doğrultmağa çalışırıq. Ancaq bu qədər qol vurmaq imkanımız olmasına rəğmən məğlub dönməyimizi dərk edə bilmirəm.
- Azərbaycan millisi növbəti oyunda Çexiya ilə qarşılaşacaq. Bu dueldə komandamıza şans verirsinizmi?
- İnciməyin, millinizin heç bir şansı yoxdu. Çexiya çox güclü rəqibdi və onlar qələbə qazanacaq.
- Siz isə San Marino ilə üz-üzə gələcəksiniz. Növbəti sürprizə hazırsınızmı?
- Bu haqda heç düşünmürük də. Erkən qol vurmalıyıq, şanslarımızı saga sola xərcləməməliyik. Yaxşı oynayacağımıza və qələbə qazanacağımıza inanıram.