İraqın Mosul şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi konvoya hücum edib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bilavet kəndinin ərazisində baş verib.

Məlumata görə, terrorçu-kamikadze zirehli avtomobillər yoldan keçərkən özünü partladıb. İnsident nəticəsində 70-ə yaxın  İraq ordusunun hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.

Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub.İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.