Azərbaycanda "Mustafa Tayat" geyim mağazası olan iş adamıMustafa Tayatın keçmiş işçisi tərəfindən aldadılaraq, qaçırılması haqqında xəbər vermişdik. 

Hadisə ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Məlum olub ki, olayda adı hallanan azərbaycanlı Lətifə Məmmədovaad-soyadlı qadın M.Tayatı Sarıyer qəsəbəsindəki evində dəvət edib. Ardınca isə mənzilə iki nəfər naməlum maskalı şəxs daxil olub.
Onlar biznesmenin əl-ayağını bağlayaraq, onu iki gün girov saxlayıblar. İş adamına işgəncə verən şəxslər bunu şantaj məqsədi ilə videoya da çəkiblər. Maskalılar M.Tayatdan 3 milyon lirə tələb ediblər.

Nəhayət, onun üzərində olan 10 min lirəni (təxminən 5 min AZN) götürüblər, özünü isə yol kənarında, bir xəstəxananın yanına atıblar.
Biznesmen polislərə verdiyi ifadədə bildirib ki, maskalı şəxsləri tanımayıb. O, yalnız keçmiş işçisi Lətifə Məmmədovanın adını çəkib. İş adamının sözlərinə görə, adı çəkilən qadın ona üstünə tapança çəkərək, hansısa sənədləri imzalamağa məcbur edib.

1news.az yazır ki, polis qısa zamanda 2 cinayətkarı həbs edib, L.Məmmədovanın axtarışı isə davam edir.
Hadisə barədə olan informasiya,sadəcə, bundan ibarətdir. L.Məmmədovanın, sadəcə, azərbaycanlı olduğu bildirilir.

İstanbulda yaşayan L.Məmmədova kimdir?

Bu sualın cavabı da "sirli qutu" kimidir. Onun azərbaycanlı olduğu və M.Tayatın mağazalarından birində keçmiş müdir olduğu dəqiqdir. Ehtimal olunur ki, onlar arasında hansısa mübahisə yol ayrılığına səbəb olub.
Araşdırmalar nəticəsində L.Məmmədovanın sosial şəbəkədə paylaşdığı foto və videolarından aydın görünür ki, o, lüks həyat yaşayır və ətrafındakı insanlar da imkanlı ailələrin övladlarıdır.

Harada oxuyub və harada yaşayır?

Əldə etdiyimiz məlumata görə, Lətifə Bakıda doğulub və uzun illər Bakının kəndlərindən birində yaşayıb. Bir müddət M.Tayatın mağazalarından birində çalışdıqdan sonra bilinməyən səbəblərdən İstanbula köçüb. Orada moda sahəsi ilə maraqlanıb. "Fast Fashion Design" adlı mərkəzdə "Hızlı Moda Tasarım Stilistlik Eğitimi" üzrə təhsil alıb.

Niyə Tayatı qaçırıb?

Belə bir sual ortaya çıxır? Lüks həyat yaşayan Lətifənin M.Tayatın cibindən götürülən 10 min lirəyə (təxminən 5100 manat) ehtiyacı var idimi? Əlində silah tutaraq iş adamına hədə-qorxu gəlməklə nəyə nail olmaq istəyirdi?
Bu sualların cavabını İstanbul polisi də öyrənməyə çalışacaq. Əgər tuta bilsələr... Hələlik axtarışlar davam edir.
Silah demişkən, L.Məmmədovanın silahlara və atəş etməyə xüsusi sevgisi olduğu da üzə çıxıb.

Mustafa Tayat kimdir?

M.Tayat Azərbaycana 2008-ci ildə gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi qurmağa başlayıb Qısa zamana 10-dan çox mağaza açıb. 2011-ci ildə onun brendi Azərbaycanda ikinci dəfə "ən yaxşı" seçilib.
Amma çox keçmədən iş adamının adı daha çox rüşvət qalmaqallarında, sahibi olduğu mağazalar şəbəkəsinin müştəri aldatması hadisələri ilə yadda qalıb.
İş adamı ilə bağlı daha bir qalmaqal sahibi olduğu mağazalar şəbəkəsində müştərilərin həqiqi olmayan endirim elanları ilə aldatmasında yaşanıb.
Belə ki, mağaza işçiləri tərəfindən 70 faiz endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların qeyd edilmədiyi müəyyənləşdirilmişdi. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həmin reklamların yayımını dayandırmışdı.

M.Tayat 2015-ci ildə Azərbaycanı tərk etməsi ilə bağlı xəbərlərlə də gündəmə gəlmişdi. İddia edilirdi ki, o, maliyyə sıxıntısı yaşayıb və işləri yaxşı getmədiyi üçün ölkəni tərk edib. Amma qısa zaman sonra məlumatlar təsdiqini tapmayıb.
Baş verən hadisələr nəzər yetirdikdə, M.Tayatın iş və şəxsi həyatı ilə bağlı problemləri təkcə Azərbaycanda deyil, Türkiyədə də davam edib. Ehtimal etmək olar ki, iş adamı ilə kim və ya kimlərsə illərdən qalan hesablaşmanı həll etmək istəyir. Hər halda Lətifə Məmmədova bunu tək bacarmazdı və o, sadəcə vasitəçi ola bilərdi.

İş adamını oğurlayan "Azeri kızı" kimdir? - Şok faktlar- YENİLƏNİB - FOTO

İş adamını oğurlayan "Azeri kızı" kimdir? - Şok faktlar- YENİLƏNİB - FOTO

İş adamını oğurlayan "Azeri kızı" kimdir? - Şok faktlar- YENİLƏNİB - FOTO

İş adamını oğurlayan "Azeri kızı" kimdir? - Şok faktlar- YENİLƏNİB - FOTO

İş adamını oğurlayan "Azeri kızı" kimdir? - Şok faktlar- YENİLƏNİB - FOTO

İş adamını oğurlayan "Azeri kızı" kimdir? - Şok faktlar- YENİLƏNİB - FOTO

İş adamını oğurlayan "Azeri kızı" kimdir? - Şok faktlar- YENİLƏNİB - FOTO