Hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.
Unikal.org-un Report-a istinadən xəbərinə görə, rayonun Zarat kənd sakini, 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb.
Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.