Rusiyada kriminal avtoritet Nikolay Troyanın oğlu Yevgeni Yudin öldürülüb.

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, hadisə ötən həftəsonu Novouralskda baş verib. Məlumata görə, hadisə baş verən zaman 27 yaşlı Yudin 40 yaşlı tanışı və 2 qızla birlikdə 15-ci kilometrdə yerləşən mənzildə olublar. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. Bu zaman Yudinin tanışı ona bıçaq zərbəsi endirib. Zərbə avtoritetin oğlu üçün ölümcül olub və o, hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb. Qatilin axtarışları davam edir.

Yerli sakinlərin sözlərinə görə, cinayət baş verən mənzil bu zamana qədər də yalnız ölüm halları ilə yadda qalıb. Belə ki, Yudindən öncə burada 3 qətl törədilib.

Qeyd edək ki, Nikolay Troyan hazırda həbsdə olmasına baxmayaraq Novouralska "nəzarət edən şəxs hesab olunur.