Arvadını öldürməyə cəhddə təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun proses keçirilib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını oxuyub. Ayxan Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə sərbəst ifadə verərək arvadını öldürmək kimi bir niyyətinin olmadığını deyib: "Onu öldürmək istəməmişəm. İstəsəydim, öldürərdim. Arvadımın telefonunda "WhatsApp yazışmalarını gördüm və uşağımı götürüb getmək istəmişəm.

 Daha sonra prosesdə Ayxan Məmmədovun zərərçəkən arvadı Günay Məmmədova ifadə verib. O, bildirib ki, hadisə zamanı əri onu əvvəl bıçağın arxa tərəfi ilə vurub: "Oğluma dedim ki, həmin yerdən aralaşsın. Ayxan məni uşağımın gözü qarşısında vurdu. O, saçımdan tutub çəkirdi. Qaçmaq istəyirdim. Bu vaxt əlindəki bıçaq əyildi. Başqa bıçaq götürmək istəyəndə qonşuya qaçdım. Sonra məni xəstəxanaya apardılar". Məhkəmənin oktyabrın 28-də davam edəcək.Qeyd edək ki, hadisə fevralında Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30 ünvanında baş verib. İbtidai istintaqın gəldiyi nəticəyə əsasən, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov öz evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda görünən Sevinc Babayevanın oğludur. Həmin zaman Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.