Bakıda dəhşətli hadisə baş verib.

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Şam Bağı restoranının yaxınlığında qeydə alınıb. 

Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəzər rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C. Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb.

Onu da əlavə edək ki, A. Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.

Faktla bağlı araşdırma aparılır.

***

Ağır yanıq xəsarətləri almış Arzu Zeynalova səhər Mərdəkan qəsəbəsindəki 26 saylı birləşmiş şəhər xəstəxanasında görülən ilkin tədbirlərdən sonra 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.

5 nömrəli xəstəxananın yanıq şöbəsindən lent.az-a bildirilib ki, xəstənin vəziyyəti hazırda ağırdır. O, 2-ci, 3-cü dərəcəli yanıq xəsarətləri ilə bu gün səhər saatlarında xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. A.Zeynalova hazırda xəstəxananın reanimasiyasındadır.