Bakı Metropoliteninin "İçərişəhər" stansiyasının içərisində yerləşən kitab mağazasından oğurluq olub. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, mağazanın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Sahibkar bildirib ki, mağazadan dəyəri 10 min manata yaxın olan kitablar oğurlanıb. Faktla bağlı Metropoliten Polis Şöbəsində araşdırma aparılır.