Qaradağ rayonunda maskalı şəxslər evə basqın ediblər.
Unikal.org report-a istinadən bildirir ki, hadisə Lökbatan qəsəbəsi ev 1 ünvanında baş verib.
Belə ki, hasardan aşan 3 nəfər maskalı şəxs evə daxil olub. Onlar 1976-cı il təvəllüdlü Bəxtiyar Salmanovun, atası, 1947-ci il təvəllüdlü Həsənxan Salmanovun və anası Səməndəri Salmanovanın əl-ayaqlarını və ağızlarını yapışqanlı lentlə bağlayıblar.
Naməlum şəxslər daha sonra onlara bıçaqla xəsarət yetirərək yataq otağından 2 min 400 manat pul, 1000 manat dəyərində qızıl-zinət əşyaları və iki ədəd mobil telefonu götürərək hadisə yerindən qaçıblar.
Basqına məruz qalan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları faktla bağlı əməliyyat-axtarış işlərini davam etdirir.